Günəşdə güclü partlayışlar baş verdi

Günəşdə noyabrın 8-də M sinfinə aid iki partlayış qeydə alınıb.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

İlk partlayış Bakı vaxtı ilə saat 19:37-də M1.2, ikinci partlayış isə saat 22:27-də M1.1 gücündə olub. Hər iki hadisə Günəşin 4566 nömrəli ləkələr qrupunda baş verib.

Qeyd edək ki, Günəş partlayışları zamanı kosmosa atılan plazma buludları Yerə çatdıqda geomaqnit qasırğalarına səbəb ola bilər.