Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir? - VİDEO

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar.

Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir? Baku TV mövzu ilə bağlı qarışqa saxlayan şəxslə söhbət edib.

"Camaat şir saxlayır, sən də qarışqa saxlayırsan?" İlk dəfə bu videolardan birini görəndə mənim də ağlımda belə bir sual yarandı: niyə insan qarışqa saxlasın ki? Əvvəlcə videoya əhəmiyyət vermədim. Amma sonradan müxtəlif şəxslərin bu barədə paylaşımları bir neçə dəfə qarşıma çıxdı. Bundan sonra düşündüm ki, niyə də olmasın? Beləliklə, bu hobbiyə marağım yarandı.

İlk ana qarışqamı tapdım və onun üçün uyğun şərait yaratdım. Əsas məqsədimiz ana qarışqanın sıfırdan koloniya qurması prosesini müşahidə etməkdir. Onun qidalanmasını, yumurtalardan qarışqaların çıxmasını, koloniya daxilindəki mübarizəni, müxtəlif qidalara reaksiyasını, hansı qidaları bəyənib-bəyənmədiyini izləyirik. Torpağın altında baş verən və qarışqaların bizdən gizli saxladığı bütün bu prosesləri xüsusi şəraitdə öz gözlərimizlə müşahidə edə bilirik", - deyə qarışqa saxlayan şəxs bildirib.