Tramp: İranın raket istehsalı gücünün cəmi 10 faizi qalıb

ABŞ-ın zərbələrindən sonra İranda raket istehsalı müəssisələrinin yalnız 10 faizinin, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı gücünün isə 15 faizinin qaldığı iddia edilir.

Reuters-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibəsində İranın müəyyən sayda raket və PUA istehsal edə biləcəyini bildirib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatları istehsal edən zavodların böyük hissəsi məhv edilib.

Tramp hesab edir ki, Tehranla hərbi əməliyyatların yenidən başlanmasına ehtiyac qalmaya bilər, çünki İran hakimiyyəti razılaşma əldə etməyə çox maraqlıdır.