Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı

ABŞ-nin İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq məqsədilə yaratdığı “Dəmir qapı” (Iron Gate) adlı xüsusi işçi qrupu fəaliyyətə başlayıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat yayıb.

Trampın sözlərinə görə, xüsusi qrup tam fəaliyyət göstərir və dəniz blokadası ilə birlikdə İrana mal və silah daşınmasını məhdudlaşdırır.

“‘Dəmir qapı’ işçi qrupu İran İslam Respublikasında tam fəaliyyət göstərir. Tarixdə ən böyük dəniz blokadası ilə birlikdə, demək olar ki, İrana heç nə daxil olmur və ölkədən heç nə çıxarılmır”, – Tramp yazıb.

ABŞ lideri qrupun İran ərazisində konkret olaraq hansı formada fəaliyyət göstərdiyini açıqlamayıb.