Rubio: İranın tələbləri qəbuledilməzdir

ABŞ-nin dövlət katibi Marko Rubio İranın münaqişənin nizamlanması ilə bağlı irəli sürdüyü tələbləri qəbuledilməz adlandırıb.

Rubio Tehranın bəzi tələblərinin hətta hiddət doğurduğunu bildirib.

“İranın nizamlanma ilə bağlı tələbləri qəbuledilməzdir, bəzi hallarda isə hiddət doğurur”, – ABŞ-nin dövlət katibi vurğulayıb.

Rubio konkret olaraq hansı tələbləri nəzərdə tutduğunu açıqlamayıb.