Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov başçılıq edəcək.

Bu barədə “RBK-Ukrayna” agentliyi mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanov, Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, onun müavini Sergey Kislitsa və Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski daxil olacaq.

Danışıqlarda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatovun da iştirakı gözlənilir.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Moskvanın Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirmişdi.

Kremlin sözçüsü Dmitri Peskovun məlumatına görə, danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.