8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub.
Atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər və rəqs kollektivləri çıxış ediblər.
Gecəyə atəşfəşanlıqla yekun vurulub.