Bakı, 8 noyabr, AZƏRTAC Şuşanın azadlığı Vətən müharibəsinin taleyini həll edən və bizi Zəfərə aparan ən mühüm hadisə oldu. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu şəhəri işğaldan azad etdi. Bu gün Şuşada quruculuq işləri gedir: tarixi abidələr bərpa olunur, yeni infrastruktur yaradılır, sakinlər doğma yurdlarına qayıdırlar. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.