"Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!" - Foto

Türkiyənin Milli Müdafiə Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!

6 il əvvəl Qarabağda böyük bir zəfər qazanan Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq", - deyə paylaşımda bildirilib.