Nazim Sabiroğlunun 55 yaşı tamam olur…

Tanınmış jurnalist Nazim Sabiroğlunun 55 yaşı tamam olur.

1971-ci il noyabrın 8-i Şuşa şəhərində doğulan Nazim Sabiroğlu Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

“525-ci qəzet”də, “Detektiv” qəzetində çalışıb.

2001-ci ildən “Yeni Müsavat” qəzetinin müxbiri, 2005-ci ildən redaktoru olub, 2023-cü ildən baş redaktor postundadır.