Bakı, 8 noyabr, AZƏRTACAzərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən Zəfər Gününə həsr olunmuş fləşmob keçirilib. Fləşmobda Azərbaycan Könüllülərinin iştirakı ilə Zəfər abidəsi əks olunub. AZƏRTAC xəbər verir ki, fləşmobun məqsədi 8 Noyabr - Zəfər Gününün tarixi əhəmiyyətini və xalqımızın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin təbliğ etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, həmçinin Azərbaycan Könüllülərinin Vətənə sevgi və dövlətçilik dəyərlərinə sadiqliyini nümayiş etdirmək olub. Daha ətraflı videomaterialda izləyə bilərsiniz.