Yəmənin paytaxtı Səna yaxınlığında baş verən hücumlarda 33 nəfər ölüb

İranın dəstəklədiyi Husi hərəkatı Yəmənin paytaxtı Sənanın yaxınlığındakı bir kəndə edilən hücumlarda 33 nəfərin öldüyünü bildirib.

Bu barədə "İsveç Herald" məlumat yayıb.

Bildirilir ki, husilərin nəzarətində olan səhiyyə orqanının sözçüsü Anies Alasbahi hücumlara görə Səudiyyə Ərəbistanını günahlandırır və təxminən 40 nəfərin yaralandığını bildirir.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə Husi hərəkatı arasında döyüşlərin alovlanması Yəməndə 300 mindən çox insanı evlərini tərk etməyə məcbur edib.