Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycanın Slovakiyadakı səfirliyinin təşkilatçılığı ilə Bratislava şəhərində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Slovakiyada yaşayan azərbaycanlı həmvətənlərimiz, eləcə də qardaş Türkiyə və Qazaxıstanın diplomatik nümayəndələri iştirak ediblər.Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyduğunu, tarixi ədaləti bərpa etdiyini və ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini bildirib.Səfir qeyd edib ki, bu tarixi Qələbə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən dövlətçilik siyasətinin, ölkəmizin güclü iqtisadi və hərbi potensialının, xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin məntiqi nəticəsidir. O, Vətən müharibəsi zamanı xalqımızın vahid amal ətrafında birləşərək “Dəmir yumruq” olduğunu vurğulayıb.Diplomat, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazisində tam bərpa etdiyini diqqətə çatdırıb. Bu baxımdan, 8 Noyabr və 20 Sentyabr tarixlərinin müasir Azərbaycan tarixində mühüm Zəfər günləri olduğunu bildirib.İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunan səfir “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının uğurla davam etdiyini qeyd edib. O, bu prosesin Azərbaycanın tarixi yaddaşının, milli kimliyinin və doğma torpaqlarla bağlılığının bərpası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.Çıxışında 9 Noyabr – Dövlət Bayrağı Gününün əhəmiyyətinə də toxunan səfir üçrəngli Dövlət Bayrağımızın müstəqilliyimizin, milli birliyimizin və suverenliyimizin rəmzi olduğunu bildirib. Dövlətçilik ənənələrimizin, milli tariximizin və mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının hər birimizin mühüm vəzifəsi olduğunu diqqətə çatdırıb.Sonda Vüsal Abdullayev Prezident İlham Əliyevin “8 Noyabr bizim əbədi bayramımız olacaq” fikrini xatırladaraq, tarixi Qələbəmizin gələcək nəsillər üçün milli qürur, vətənpərvərlik və dövlətə sədaqət nümunəsi kimi əbədi yaşayacağını vurğulayıb.Qardaş Türkiyənin Slovakiyadakı səfiri, Vətən müharibəsi zamanı ölkəmizdə səfir vəzifəsində çalışmış Erkan Özoral çıxışında həmin dövrə dair şəxsi xatirələrini bölüşüb və Azərbaycanın torpaqlarını işğaldan azad etməklə qazandığı tarixi Qələbənin əhəmiyyətini vurğulayıb. O, bu münasibətlə Azərbaycan xalqını təbrik edərək, “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığının və iki ölkə arasında sarsılmaz həmrəyliyin əhəmiyyətini qeyd edib.Tədbir çərçivəsində Azərbaycanın şanlı Zəfərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Bədii hissədə isə musiqiçi Ruhulla Əziz kamançada Azərbaycanın sevilən musiqi nümunələrini səsləndirib.
Bu gün
288 xəbər bu gün
ABŞ-ın zərbələrindən sonra İranda raket istehsalı müəssisələrinin yalnız 10 faizinin, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı gücünün isə 15 faizinin qaldığı iddia edilir. Reuters-in məlumatına görə, ABŞ Prezidenti…
Prostat xərçəngi xəstəliyi diaqnozu qoyulan ABŞ-nin keçmiş prezidenti Cozef Bayden həkimlərinin bədəninin müalicəyə reaksiyasına müsbət yanaşdığını bildirib. O, bu barədə "X" sosial media səhifəsində yazıb. "Həkimlərim…
Bakı, 9 noyabr, AZƏRTAC ABŞ prezidenti Donald Tramp gələn həftə Çinin Şenjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çinli və rusiyalı həmkarları Si Çinpin və Vladimir…
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib.
Глава МИД Ирана Аббас Арагчи пригрозил "обрушить ад" на США, если американский президент Дональд Трамп решит продолжить войну. Как передает Day.Az, об этом он предупредил на своей странице в соцсети Х. По его словам…
Yod çatışmazlığının qarşısını almağın yollarından biri yodlaşdırılmış duzdan istifadə etməkdir. Lakin yodun miqdarının azalmasının qarşısını almaq üçün duzu yemək bişdikdən və bir qədər soyuduqdan sonra əlavə etmək…
Böyük Britaniyada deportasiya olunmaları barədə qərar çıxarılmasına baxmayaraq, təxminən 20 min əcnəbi cinayətkar ölkədə qalmaqda davam edir. Bu barədə “The Times” qəzeti məlumat yayıb…
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin tərəflərinin razılaşma əldə etməyə çox yaxın olduğunu bildirib. Bu barədə Donald Tramp "CBS News" telekanalına müsahibəsində deyib. “Mən…
Новосозданное молодежное студенческое объединение Gen Z regelt! Studis ("Поколение Z решает! Студенты") объявило о планах присоединиться к общеевропейским протестам 20 ноября и организовать масштабные забастовки в высших…
Пауза в посреднических контактах Ирана и США наступила из-за итогов промежуточных выборов в Соединенных Штатах. Как передает Day.Az со ссылкой на ТАСС, об этом заявил министр иностранных дел Ирана Аббас Арагчи. "Уже…
ABŞ Prezidenti Donald Tramp Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsində qalacağını bildirib və onu 2028-ci ilin prezident seçkilərində respublikaçıların mümkün namizədi kimi qeyd edib. Amerika lideri bu…
Yaponiya hakimiyyəti milli valyutanı dəstəkləmək üçün 7,98 trilyon yen (cari məzənnə ilə təxminən 50,4 milyard dollar) ayıraraq ölkə tarixində ən böyük vahid valyuta intervensiyasını həyata keçirib. Bu barədə Yaponiya…
Bakı, 9 noyabr, AZƏRTAC 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli dövlətçilik iradəsini, tarixi yaddaşını, azadlıq mübarizəsini və müstəqillik əzmini özündə birləşdirən əlamətdar tarixdir. Üçrəngli…
Venesuelalı milyarder Alexandro Betankur ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelanın neft sektorundakı əsas tərəfdaşlarından birinə çevrilib
O, avtomobil idmanında sadəcə sürücü deyildi. Təkərlərin tüstüsü, mühərrikin gurultusu və inanılmaz drift hərəkətləri ilə milyonlarla insanı ekran qarşısına toplamağı bacarmışdı. Onun videoları yarış həvəskarlarından…
Meyvə və tərəvəzlərdəki kənd təsərrüfatı dərmanlarından (pestisidlərdən) təmizlənmək üçün ənənəvi üsullardan (karbonat və sirkə) fərqli olaraq yeni təbii üsullar ortaya çıxıb. Sadəcə krant suyunda yumaq bu kimyəvi…
Bakı, 9 Noyabr, AZƏRTAC Artıq üçüncü aydır ki, Fransada xaos və anarxiya ilə müşahidə olunan kütləvi aksiyalar davam edir. Polis ilə aksiya iştirakçıları arasında baş verən qarşıdurmada yüzlərlə yaralanan, həbs olunan və…
Çinin “Çançjen-12” (“Böyük yürüş-12”) daşıyıcı raketi qlobal internet əhatə dairəsinin yaradılması məqsədilə "SatNet" peyk qrupunun daha doqquz peykini bazar ertəsi uğurla orbitə…
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların eskalasiyasına can atmadığını bildirib. Bu barədə Donald Tramp "CBS News" telekanalına müsahibəsində bildirib…
Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb. Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikası Milli Olimpiya Komitəsindən…
Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə zamanı Vaşinqtonun hərbi cəhətdən müdafiə etdiyi ölkələr Amerika tərəfinin çəkdiyi bütün xərcləri tam şəkildə kompensasiya etməlidir. O, bu barədə "CBS News"…
Qəbələ, 9 noyabr, AZƏRTAC Qəbələ rayonunda 8 Noyabr - Zəfər günü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilib, bayram tədbiri keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident, Ali Baş Komandan İlham…
Moskvada böyük bir ticarət mərkəzində yanğın baş verib.
Сегодняшний гороскоп прекрасно подходит для реализации творческих идей и нестандартных решений. Воспользуйтесь этим, чтобы посмотреть на привычные вещи под новым углом, придумать изящное решение сложной задачи или найти…
Bakı, Trend Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin, milli birliyinin və dövlət suverenliyinin rəmzi olan üçrəngli…
ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qarşıdakı danışıqlarda irəliləyiş əldə oluna biləcəyini bildirib. Bu barədə Marko Rubio jurnalistlərə…
Şəmkirdən Oksforda uzanan yol, beynəlxalq təşkilatda qazandığı təcrübə və bütün bunlardan sonra biliklərini öz ölkəsində bölüşmək istəyi... Onun hekayəsi uğurun insanın özünə inamından, davamlı öyrənmək istəyindən və…
Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə "Zəfərin əks-sədası" adlı konsert proqramı təşkil olunub. Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib. Dünyanın ən…
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə iqtisadi münasibətlərə yanaşması Qərbin Moskvanı təcrid etmək istiqamətində uzun illər ərzində göstərdiyi səyləri zəiflədir
Böyük Britaniyada barələrində deportasiya qərarı çıxarılmasına baxmayaraq, təxminən 20 min əcnəbi cinayət törətmiş şəxs ölkə ərazisində qalmaqda davam edir
Bakı. Trend: “Nvidia” şirkətinin baş icraçı direktoru Censen Huanq casusluqda ittiham olunan şəxslə münasibətlərinə görə onun barəsində aparılan daxili araşdırmaya baxmayaraq, vəzifəsində…