Bakı, 8 noyabr, AZƏRTAC Vətənə xidmət yalnız döyüş meydanında silahla mübarizə aparmaq deyil, həm də milli mədəniyyəti, tarixi və mənəvi dəyərləri yaşatmaqdır. Vətən müharibəsində Füzuli, Xocavənd və Şuşa istiqamətlərində döyüşmüş, yaralandıqdan sonra yenidən cəbhəyə qayıtmışam.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi, Vətən müharibəsi iştirakçısı Firdovsi Eyvazov bildirib. Firdovsi Eyvazov Bakı Xoreoqrafiya Akademiyasında orta ixtisas təhsili pilləsi üzrə rəqs müəllimliyi ixtisasını bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışmağa başlayıb. Hazırda isə akademiyanın İncəsənət fakültəsində ali təhsilini davam etdirir. O bildirib ki, 2020-ci il sentyabrın 21-də könüllü olaraq hərbi təlim toplanışına qoşulub və Azərbaycan Ordusunun sıralarına qatılıb. Sentyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətinə yola düşən döyüşçünün döyüş yolu Alxanlı kəndi istiqamətindən başlayıb. Onun sözlərinə görə, 2020-ci il oktyabrın 4-də Füzuli rayonu ərazisində düşmənin artilleriya atəşi nəticəsində yaralanıb və təxliyənin çətinliyi səbəbindən yalnız bir gün sonra hospitala çatdırılıb. Altı günlük müalicədən sonra öz istəyi ilə yenidən döyüşlərə qayıdaraq Xocavənd və Şuşa istiqamətlərində aparılan əməliyyatlarda iştirak edib. O, Şuşanın azad olunması xəbərinin döyüşçülər üçün böyük sevinc və qürur mənbəyi olduğunu vurğulayıb: “Bu xəbər bizim üçün yalnız hərbi qələbə deyil, həm də milli qürurumuzun, tarixi ədalətin və Vətən sevgisinin təntənəsi idi”.Döyüş xidmətlərinə görə Firdovsi Eyvazov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. O, bu medalların keçdiyi döyüş yolunun, yaşadığı çətinliklərin və Vətən qarşısında daşıdığı məsuliyyətin rəmzi olduğunu bildirib.“8 Noyabr mənim üçün sadəcə təqvimdə qeyd olunan bir gün deyil. Bu tarix həyatımın ən qürurlu, ən təsirli və heç vaxt unudulmayacaq günlərindən biridir. Zəfər bizim tariximizdir, şəhidlərimizin əmanətidir, qazilərimizin qürurudur və gələcək nəsillərimizin məsuliyyətidir”. Müxbir-Tünzalə Arazlı
Bu gün
245 xəbər bu gün
Şəmkirdən Oksforda uzanan yol, beynəlxalq təşkilatda qazandığı təcrübə və bütün bunlardan sonra biliklərini öz ölkəsində bölüşmək istəyi... Onun hekayəsi uğurun insanın özünə inamından, davamlı öyrənmək istəyindən və…
Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə "Zəfərin əks-sədası" adlı konsert proqramı təşkil olunub. Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib. Dünyanın ən…
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə iqtisadi münasibətlərə yanaşması Qərbin Moskvanı təcrid etmək istiqamətində uzun illər ərzində göstərdiyi səyləri zəiflədir
Böyük Britaniyada barələrində deportasiya qərarı çıxarılmasına baxmayaraq, təxminən 20 min əcnəbi cinayət törətmiş şəxs ölkə ərazisində qalmaqda davam edir
Bakı. Trend: “Nvidia” şirkətinin baş icraçı direktoru Censen Huanq casusluqda ittiham olunan şəxslə münasibətlərinə görə onun barəsində aparılan daxili araşdırmaya baxmayaraq, vəzifəsində…
Fənnuc şəhəri yaxınlığında SEPAH-a yaxın bəluç sünni din xadimi Şəmsülhəq Yusif Qazi qətlə yetirilib. Mövləvi Şəmsül-Həq bölgədə, xüsusilə Xaş və Fənnuc şəhərlərində İslam Respublikasının və SEPAH-ın siyasətlərini…
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın Konqresə 3 noyabrda keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin səbəblərindən biri ola biləcəyini inkar etməyib. Amerika lideri bu…
ABŞ administrasiyası İranın nizamlanma ilə bağlı Birləşmiş Ştatlara ünvanladığı tələblərini qəbuledilməz, bəzi hallarda isə qəzəbləndirici və qeyri-real hesab edir. Bu barədə ABŞ-ın…
Rusiyanın Stavropol diyarında bir nəfər yanğını söndürməyə çalışan yanğınsöndürənlərin avtomobilini qaçırıb.
Payız aylarında ən çox qarşılaşdığımız dəri problemi quruluqdur. Üzlə yanaşı, qol və ayaq dərimiz də quruyur, çatlayır. Havaların soyuması qan dövranını azaldır və buna görə də bədənin hər yerinə qan yetəri qədər dövr…
Türkiyənin Sakarya şəhərində yaşayan bir vətəndaşın gündəlik iş rejimi və qazlı içki vərdişi diqqət çəkib. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, hər gün 5 litr kola içdiyini, səhər saat 07:00-dan…
Sumqayıtda meyit aşkarlanıb.
Bakı. Trend: “Barselona” futbolçuları İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçirilən matçda “Atletiko”nu 2:1 hesabı ilə məğlub ediblər. Qarşılaşma Madriddə baş tutub. Qaliblərin heyətində…
ABŞ-ın dövlət katibi Marko Rubio jurnalistlərlə söhbətində təhlükəsizlik zəmanətləri məsələsini Ukrayna böhranının həllində əsas aspektlərdən biri adlandırıb. (function(containerId) { if…
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın infrastrukturunu məhv etmək qabiliyyətinə malikdir, lakin ölkə əhalisi üçün ağır nəticələrə görə bunu etmək niyyətində deyil. Amerika lideri bunu Floridadan…
Bakı, 9 noyabr, AZƏRTAC Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində keçirilən 44 günlük pulsuz hüquqi yardım aksiyası çərçivəsində “Açıq qapı” günləri yekunlaşıb.Qurumdan AZƏRTAC-a…
Лидер демократического меньшинства в Палате представителей Конгресса США Хаким Джеффрис выступил в поддержку резолюции об импичменте военного министра Пита Хегсета.
Xarici problemlərin və gündəlik çətinliklərin artdığı günlərdə insanlar partnyorlarına qarşı sevgi, ehtiras və yaxınlıq hisslərini əvvəlki ilə müqayisədə daha aşağı qiymətləndirirlər.
Moskvada böyük bir ticarət mərkəzində yanğın baş verib. Bu haqda TASS fövqəladə hallar xidmətlərinə istinadən məlumat yayıb. Yanğın Bolşaya Çeremuşkinskaya küçəsində yerləşən “RIO Sevastopolski” ticarət mərkəzinin…
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını bildirib
Moldova Rusiyadan təbii qaz alışını tamamilə dayandırıb
Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi, iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən önəmli qurumu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı…
Şuşanın hər küçəsinin, hər daşının və tarixi məkanının özünəməxsus hekayəsi var.
Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub. Paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin…
Bakı, 9 noyabr, AZƏRTAC 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin altıncı ildönümü münasibətilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun…
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan…
Yeni yaradılmış “Gen Z regelt! Studis” (“Z nəsli qərar verir! Tələbələr”) adlı gənclər tələbə birliyi noyabrın 20-də ümumavropa etiraz aksiyalarına qoşulmaq və Almaniyanın ali təhsil…
Böyük Britaniyada cinayət törətməkdə təqsirli bilinən təxminən 20 000 xarici vətəndaş deportasiya qərarına baxmayaraq ölkədə qalmaqda davam edir. Bu barədə "The Times" qəzeti xəbər verib. Qəzetin məlumatına görə, Böyük…
İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklif qüvvədə qalır.
Noyabrın 7-də Günəşdə bir sutka ərzində 29 partlayış qeydə alınıb. Bu göstərici XXI əsrdə müşahidə olunan rekordun təkrarlanması deməkdir.