Yaponiyada 5,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Tokio yaxınlığında, Honşu adasındakı İbaraki prefekturasının sahillərində qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Təkanlar Tokionun mərkəzində də hiss olunub. Sunami təhlükəsi elan edilməyib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.//Operativ Media