Ağdaşda qəza

AĞDAŞ. 7 noyabr. TELEQRAF

Ağdaşda avtomobil qəzası olub.

Hadisə Dəhnəxəlil kəndi yaxınlığından keçən yolda baş verib.

İdarəetmədən çıxan VAZ2107 markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan Hüseynov Malik Rahim oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.