Misir 2014-cü ildən bağlı olan səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb.Bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirliyin yenidən açılması Qahirə ilə Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxalq səviyyədə tanınan Liviya Milli Birlik Hökuməti arasında münasibətlərin möhkəmlənməsinin göstəricisidir.
Bu addım Misirin Liviyaya münasibətdə əvvəlki siyasətində dəyişiklik kimi qiymətləndirilir. Belə ki, Qahirə 2014-cü ildə ölkədə daxili siyasi qarşıdurmanın kəskinləşməsi fonunda Tripolidəki diplomatik nümayəndəliyini bağlamışdı. Həmin dövrdə bir sıra digər ölkələr də Liviyadakı diplomatik missiyalarının fəaliyyətini dayandırmışdı.
Səfirliyin açılış mərasimində çıxış edən Misirin xarici işlər naziri Bədr Əbdül Ati hadisənin tarixi əhəmiyyət daşıdığını bildirib. O, iki ölkə arasında dərin humanitar və mədəni əlaqələrin olduğunu vuğulayıb.