ABŞ Prezidenti Donald Tramp UFC prezidenti Dana Uayta qaydasız döyüş üzrə çempionlar İslam Maxaçev və Həbib Nurməhəmmədovu Ağ Evin mətbuat katibinin köməkçiləri təyin etməyi təklif edib.
Tramp "Truth Social"da yazıb: "Mən ondan İslam Maxaçev, Həbib Nurməhəmmədov, Castin Qetje, Daniel Kormye, Amanda Nunes və Kayla Harrisi köməkçiləri kimi gətirməsini xahiş etmişəm, baxmayaraq ki, onlardan bəziləri bizim ölkəmizdən deyil. Bizi dəli solçulardan qorumaq üçün bu insanlara ehtiyacımız var. Dana, xahiş edirəm bu mövqeyi qəbul et".