Prezidentin köməkçisindən Zəfər Günü haqda təsirli paylaşım - Video

Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik liderliyi ilə və şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad edildi, otuz ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyuldu.

Bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmaq misilsiz bir duyğudur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!” – deyə H.Hacıyev qeyd edib.