Türkiyəli məşhur müğənni Bakıya gəlir

Türkiyəli məşhur müğənni Mustafa Ceceli Bakıya gələcək.

Bu barədə “İticket.az” saytı məlumat yayıb.

Məlumata görə, müğənni noyabrın 21-i Heydər Əliyev Sarayında konsert verəcək.

Konsert üçün biletlərin qiyməti minimum 35, maksimum isə 190 manatdır.