Şahbuzun dağ kəndlərinə qar yağır

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar yağışı müşahidə olunub.

Rayonun Batabat yaylağı, dağ kəndləri və Biçənək ərazisi qar örtüyünə bürünüb.

Yağan qar bölgədə füsunkar qış mənzərəsi yaradıb.