Polad Həşimovun anası ilə bağlı SON XƏBƏR

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın son durumu açıqlanıb.

Sfera.az bildirir ki, yaxınları Ölkə.az-a bildirib ki, onun müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Terapiya şöbəsində davam etdirilir.

"Vəziyyəti stabildir. Həkimlər deyirlər ki, müsbətə doğru dəyişikliklər var. Müalicəsi xəstəxanada davam edəcək", - Milli Qəhrəmanıın yaxınları söyləyib.

Qeyd edək ki, noyabrın 7-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Səmayə xanımı müalicə aldığı xəstəxanada yenidən ziyarət edib. Şəhər rəhbəri onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, tezliklə sağalmasını arzulayıb.