Ərdoğan sabah Qarabağa GƏLİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya direktoru Burhanəddin Duran X hesabında məlumat verib.

Paylaşımda qeyd edilib:

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə 2026-cı il noyabrın 8-də Qarabağa səfər edəcək.

Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri nəzərdən keçiriləcək, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılacaq".