8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürurla qeyd etdiyi, şəhid ailələrinin isə həm fəxarət, həm də övlad həsrəti ilə qarşıladığı gündür. Bu Zəfər uğrunda canından keçən qəhrəmanların xatirəsi onları böyüdən anaların yaddaşında, söylədikləri hər xatirədə yaşayır.Zəfər Günü ərəfəsində Vətən Müharibəsi Qəhrəmanı, "Hadrut Fatehi", şəhid Camal İsmayılovun anası Filarə İsmayılova Trend-ə açıqlamasında oğlu ilə bağlı xatirələrini bölüşüb.Şəhid anası bildirib ki, oğlunun şəhadət xəbərini oktyabrın 21-də, öz ad günündə alıb:“Balam Laçın dəhlizinə nəzarət edən yüksəkliklərdə şəhid olub. Şəhid xəbərini oktyabrın 21-də aldım. Mənim ad günüm idi. Gözləyirdim ki, zəng edib məni təbrik edəcək. Axşamüstü isə şəhid xəbərini aldım. Camal mənim ad günümü şəhadəti ilə təbrik elədi”.Filarə İsmayılova oğlu ilə son dəfə oktyabrın 18-də danışdığını deyib. Onun sözlərinə görə, Camaldan hər zəng gələndə uşaqlara şirniyyat, qonşulara isə yemək paylayır, oğlunun və döyüş yoldaşlarının sağ-salamat qayıtması üçün dua edirdi:“Ona dedim ki, gedirəm konfet alım, küçədə uşaqlara paylayım, sizə dua eləsinlər. Güldü, dedi ki, çox pul xərcləmə. Sonra da dedi: "Özünüzə yaxşı baxın, atama de, darıxmasın". Mən təkcə oğlum üçün deyil, bütün hərbçi yoldaşları üçün dua edirdim. Zəng edəndə özünə də deyirdim ki, hamınız üçün dua edirəm”.Anasının sözlərinə görə, Camal 18 il hərbi xidmətdə olub, xüsusi təyinatlı bölmələrdə xidmət edib. Türkiyə, Gürcüstan və digər ölkələrdə təlimlərdə iştirak edib, rus, ingilis və erməni dillərini bilib.Filarə İsmayılova oğlunun mütaliəyə, musiqiyə və texnikaya marağından da danışıb. Bildirib ki, Camal “Koroğlu” dastanını, “Qızılbaşlar” romanını sevərək oxuyub, Şah İsmayıl Xətainin həyatı ilə maraqlanıb. İdarə etdiyi avtomobilin təmiri ilə də özü məşğul olub.“O, əsgər gedəndə 18 yaşı vardı. Getməzdən əvvəl evdəki bütün elektrik əşyalarını nəzərdən keçirdi, nə lazım idisə, düzəltdi. Deyirdi ki, mən gedəndən sonra anam əziyyət çəkməsin”, – deyə şəhid anası xatırlayıb.Filarə İsmayılova oğlunun ailəsinə bağlı olduğunu, övladlarını, valideynlərini və bacısını çox sevdiyini vurğulayıb. Onun sözlərinə görə, Camalın iki qızı və özünün Alp Aslan adını seçdiyi bir oğlu var.Şəhid anası oğlunun müharibəyə yollanarkən dediyi sözləri də bölüşüb:“Ona dedim ki, sən gedirsən, bizi kimə əmanət edirsən? Dedi ki, sizi dövlətə əmanət edirəm. Bu sözləri ürəkdən deyirdi. Nə edirdisə, ürəkdən edirdi. Ürəyində nə vardısa, dilində də o vardı. Şan-şöhrəti, çox danışmağı xoşlamazdı. Vətənini çox sevirdi”.Filarə İsmayılova kiçik oğlunun da hərbçi olduğunu, zabit kimi xidmət etdiyini, qızının isə müəllim işlədiyini bildirib.Camal İsmayılov Neftçalada Şəhidlər xiyabanında dəfn olunub. O, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Bu gün
244 xəbər bu gün
Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə "Zəfərin əks-sədası" adlı konsert proqramı təşkil olunub. Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib. Dünyanın ən…
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə iqtisadi münasibətlərə yanaşması Qərbin Moskvanı təcrid etmək istiqamətində uzun illər ərzində göstərdiyi səyləri zəiflədir
Böyük Britaniyada barələrində deportasiya qərarı çıxarılmasına baxmayaraq, təxminən 20 min əcnəbi cinayət törətmiş şəxs ölkə ərazisində qalmaqda davam edir
Bakı. Trend: “Nvidia” şirkətinin baş icraçı direktoru Censen Huanq casusluqda ittiham olunan şəxslə münasibətlərinə görə onun barəsində aparılan daxili araşdırmaya baxmayaraq, vəzifəsində…
Fənnuc şəhəri yaxınlığında SEPAH-a yaxın bəluç sünni din xadimi Şəmsülhəq Yusif Qazi qətlə yetirilib. Mövləvi Şəmsül-Həq bölgədə, xüsusilə Xaş və Fənnuc şəhərlərində İslam Respublikasının və SEPAH-ın siyasətlərini…
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın Konqresə 3 noyabrda keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin səbəblərindən biri ola biləcəyini inkar etməyib. Amerika lideri bu…
ABŞ administrasiyası İranın nizamlanma ilə bağlı Birləşmiş Ştatlara ünvanladığı tələblərini qəbuledilməz, bəzi hallarda isə qəzəbləndirici və qeyri-real hesab edir. Bu barədə ABŞ-ın…
Rusiyanın Stavropol diyarında bir nəfər yanğını söndürməyə çalışan yanğınsöndürənlərin avtomobilini qaçırıb.
Payız aylarında ən çox qarşılaşdığımız dəri problemi quruluqdur. Üzlə yanaşı, qol və ayaq dərimiz də quruyur, çatlayır. Havaların soyuması qan dövranını azaldır və buna görə də bədənin hər yerinə qan yetəri qədər dövr…
Türkiyənin Sakarya şəhərində yaşayan bir vətəndaşın gündəlik iş rejimi və qazlı içki vərdişi diqqət çəkib. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, hər gün 5 litr kola içdiyini, səhər saat 07:00-dan…
Sumqayıtda meyit aşkarlanıb.
Bakı. Trend: “Barselona” futbolçuları İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçirilən matçda “Atletiko”nu 2:1 hesabı ilə məğlub ediblər. Qarşılaşma Madriddə baş tutub. Qaliblərin heyətində…
ABŞ-ın dövlət katibi Marko Rubio jurnalistlərlə söhbətində təhlükəsizlik zəmanətləri məsələsini Ukrayna böhranının həllində əsas aspektlərdən biri adlandırıb. (function(containerId) { if…
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın infrastrukturunu məhv etmək qabiliyyətinə malikdir, lakin ölkə əhalisi üçün ağır nəticələrə görə bunu etmək niyyətində deyil. Amerika lideri bunu Floridadan…
Bakı, 9 noyabr, AZƏRTAC Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində keçirilən 44 günlük pulsuz hüquqi yardım aksiyası çərçivəsində “Açıq qapı” günləri yekunlaşıb.Qurumdan AZƏRTAC-a…
Лидер демократического меньшинства в Палате представителей Конгресса США Хаким Джеффрис выступил в поддержку резолюции об импичменте военного министра Пита Хегсета.
Xarici problemlərin və gündəlik çətinliklərin artdığı günlərdə insanlar partnyorlarına qarşı sevgi, ehtiras və yaxınlıq hisslərini əvvəlki ilə müqayisədə daha aşağı qiymətləndirirlər.
Moskvada böyük bir ticarət mərkəzində yanğın baş verib. Bu haqda TASS fövqəladə hallar xidmətlərinə istinadən məlumat yayıb. Yanğın Bolşaya Çeremuşkinskaya küçəsində yerləşən “RIO Sevastopolski” ticarət mərkəzinin…
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını bildirib
Moldova Rusiyadan təbii qaz alışını tamamilə dayandırıb
Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi, iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən önəmli qurumu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı…
Şuşanın hər küçəsinin, hər daşının və tarixi məkanının özünəməxsus hekayəsi var.
Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub. Paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin…
Bakı, 9 noyabr, AZƏRTAC 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin altıncı ildönümü münasibətilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun…
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan…
Yeni yaradılmış “Gen Z regelt! Studis” (“Z nəsli qərar verir! Tələbələr”) adlı gənclər tələbə birliyi noyabrın 20-də ümumavropa etiraz aksiyalarına qoşulmaq və Almaniyanın ali təhsil…
Böyük Britaniyada cinayət törətməkdə təqsirli bilinən təxminən 20 000 xarici vətəndaş deportasiya qərarına baxmayaraq ölkədə qalmaqda davam edir. Bu barədə "The Times" qəzeti xəbər verib. Qəzetin məlumatına görə, Böyük…
İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklif qüvvədə qalır.
Noyabrın 7-də Günəşdə bir sutka ərzində 29 partlayış qeydə alınıb. Bu göstərici XXI əsrdə müşahidə olunan rekordun təkrarlanması deməkdir.