21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 9-dan 17-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Bu barədə AFFA-dan məlumat verilib.
Hazırlıq prosesində komanda Omanın U-23 yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Görüşlər noyabrın 14-də və 17-də baş tutacaq.
Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Millinin heyətinə dəvət alan futbolçuların siyahısını təqdim edirik:
Nr. · Adı / Soyadı · Klub
1 · Sadiq Məmmədzadə · İmişli
2 · Səlim Həşimov · Gəncəbasar
3 · Teymur Həsənov · Qarabağ
4 · Ceyhun Bağırzadə · Şamaxı
5 · Elgün Dünyamaliyev · Sabah
6 · Hüseyn Hüseynov · Mingəçevir
7 · Timur Vəliyev · Master-Saturn (Rusiya)
8 · Məhəmməd Məhəmmədov · Neftçi PFK
9 · Həsən Məmmədli · Rot-Vays Oberhausen (Almaniya)
10 · Mikael Cəbrayılov · İnter Barselona (İspaniya)
11 · Allahverdi Rəhimov · Zaqatala
12 · Elnur Mustafayev · Mingəçevir
13 · Yusif Hacıyev · Zirə
14 · Qədir Ramazanov · Qəbələ
15 · Ceyhun Kəlbəliyev · Şimal
16 · Dinamin Bağırov · Gəncəbasar
17 · Cuma Hüseynov · Qəbələ
18 · Elmar Məmmədov · Şəfa
19 · Əli Xəlilov · Aleksandriya (Ukrayna)
20 · Müzəffər Qurbanov · Dnepr (Belarus)
21 · İlkin Cəfərli · Sabah
22 · Elşən Hidayətov · Baku Sporting
23 · Yusif Mehtiyev · Lokomotiv (Gürcüstan)
24 · Niyazi Osmanov · Şimal