Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın batut gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov dünya çempionatında uğurlu nəticəyə imza atıblar.

Bacı-qardaş dueti Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb.

Batut gimnastikasının qarışıq sinxron proqramında mübarizə aparan təmsilçilərimiz final mərhələsində 52,010 xal toplayaraq ikinci yeri tutublar.

Bu nəticə ilə Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda dünya çempionatında medal qazanan ilk Azərbaycan gimnastları olublar. Finalda Belarus idmançıları qızıl, Yaponiya təmsilçiləri isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycan gimnastları dünya çempionatında digər proqramlar üzrə də çıxışlarını davam etdirirlər.