Əvəz Zeynallının vəfatından 40 gün ötür

Tanınmış jurnalist, “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının vəfatından 40 gün ötür.

Əvəz Zeynallı 2026-cı il sentyabrın 28-də, 56 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, mərhum jurnalist uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, “Xural” qəzetinin baş redaktoru, “Xural TV” internet televiziyasının təsisçisi və aparıcısı kimi tanınıb.

Əvəz Zeynallı Kürdəxanı qəbiristanlığında dəfn olunub.