Ankara, 7 noyabr, AZƏRTAC Ankaranın əsas yolları və prospektləri boyunca yerləşən rəqəmsal reklam lövhələrində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana təbrik mesajları yerləşdirilib.AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin təşəbbüsü Türkiyə paytaxtının şəhər bələdiyyəsi tərəfindən dəstəklənib.Bələdiyyənin reklam lövhələrində bu sözlər yazılıb: “Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik. Sizin sevinciniz bizim sevincimizdir!”. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara