Rusiyanın tanınmış TikTok yayımçısı Kira Timraleeva təcili əməliyyat keçirdiyini açıqlayıb.
O, bu barədə Telegram kanalında paylaşım edib.
"İlk təcili əməliyyatımı keçirdim... Hazırda dəhşətli ağrılar içindəyəm və özümü pis hiss edirəm. Özümü yaxşı hiss edən kimi sizinlə əlaqə saxlayacağam", - deyə tiktoker bildirib.
O, xəstəxana çarpayısında çəkilmiş şəklini paylaşıb.
O, əlavə detalları açıqlamayıb.