Ülvi xanımından ŞİKAYƏTLƏNDİ: “Milyon da versəm, deyəcək, yenə ver”

“Milyon da versən, səhər yenə deyəcək ki, bir milyon da ver, dünənkini xərclədim”.

Bu sözləri aktyor Ülvi Həsənli «İncə səhər» verilişində deyib.

Aktyor aparıcının sualına cavab olaraq xanımının çox israfçı olduğunu bildirib:

“Evimin nuru, evimin dağıdıcı qüvvəsi… Bir var pulu xərcləmək, bir də var o pulun necə xərcləndiyini görmək… Ona milyon da versəm, səhər yenə deyəcək ki, bir milyon da ver, dünənkini xərcləyib qurtardım. Özü də pulu lazım oldu-olmadı xərcləyir. Məsələn, bir misal çəkim: gözümlə görürəm ki, burada 50 qəpiyə satılan stəkanı aparıb o biri tərəfdə 10 manat 50 qəpiyə satırlar. Deyirəm, gəl bunu alaq, deyir, yox. O ucuz stəkanı almır, gedir məhz o baha satılanı alır”.

Ülvinin açıqlamasına xanımı Esmiranın reaksiyası belə olub: “Düz deyir, Ülvi çox qənaətcildir, amma mən çox pul xərcləyənəm”.