Polşa Rusiya ilə münasibətləri bərpa edə bilər - XİN rəhbəri şərti açıqladı

Polşa Ukraynadakı münaqişə başa çatdıqdan və Rusiya siyasətini dəyişdikdən sonra Moskva ilə münasibətləri bərpa edə bilər.

Bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

O bildirib ki, Moskva siyasi kursunu dəyişəcəyi təqdirdə belə bir ssenari mümkün ola bilər. Bəzi Polşa siyasətçiləri qarşı tərəf öz siyasətini dəyişdiyi halda Varşavanın da mövqeyini dəyişə biləcəyini nəzərə almırlar.