Möhtərəm cənab Prezident!
8 Noyabr - Zəfər Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun qazandığı bu tarixi Qələbə ölkəmizin gücünü, qüdrətini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Zəfər Günü yalnız hərbi qələbənin deyil, həm də milli ruhun, birliyin, qəhrəmanlığın, tarixi yaddaşın və dövlətçilik əzminin təntənəsidir.
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, müstəqil Azərbaycanımızı daim qüdrətli və qalib etsin!
Hörmətlə,
Rasim Musayev, din xadimi
Azərbaycan Respublikası, Zaqatala rayonu.