BMU-nun kollektivi Zəfər Parkını ziyarət edib

Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Bakıdakı Zəfər Parkında olublar.

Universitetin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyara Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib.