Bakı, 6 noyabr, AZƏRTAC Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" Səhmdar Cəmiyyətin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində ölkə energetiklərinin böyük tədbiri keçirilib.Tədbirdə "AzərEnerji", "Azərişıq" ASC-lərin və bir sıra universitetlərin rəhbərləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə foyedə təşkil olunan “Zəfər işığında” adlı maket və fotoşəkil sərgisi ilə tanış olublar."AzərEnerji"dən AZƏRTAC-a bildirilib ki, rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji quruculuğunu, həmin torpaqların ölkənin vahid enerjisisteminə inteqrasiyasını və yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işləri əks etdirən “Zəfərdən doğan işıq” adlı sənədli film nümayiş olunub.“AzərEnerji” ASC-nin sədri Balababa Rzayev çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin Azərbaycan xalqının taleyindəki müstəsna əhəmiyyətindən danışıb. Bildirib ki, haqq savaşımız olan 44 günlük Vətən müharibəsi və əldə edilən möhtəşəm Qələbə tariximizin ən şanlı səhifələrindən birinə çevrilib.Baba Rzayev müharibə dövründə energetiklərin də ön cəbhədə olduğu kimi, arxa cəbhədə də böyük fədakarlıq nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, Səhmdar Cəmiyyətin 183 əməkdaşı Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq və şücaət göstərib. Onlardan 2 nəfəri şəhidlik zirvəsinə ucalıb, 12 əməkdaşın ailə üzvü Vətən uğrunda canından keçib. Bununla yanaşı, energetiklər müharibənin ən gərgin günlərində gecə-gündüz çalışaraq ölkənin enerji təchizatının fasiləsizliyini təmin edib, enerji sistemində hər hansı bir çatışmazlığa yol verməyiblər.İşğaldan azad edilmiş ərazilərdə son altı ildə həyata keçirilən enerji quruculuğuna toxunan Baba Rzayev qeyd edib ki, bu müddət ərzində “AzərEnerji” tərəfindən həmin ərazilərdə 50-dən artıq enerji obyekti istifadəyə verilib. Onların sırasında 40-a yaxın su elektrik stansiyası, 330 və 110 kV-luq 15-ə yaxın yarımstansiya, eləcə də 1000 kilometrdən artıq elektrik ötürmə xətti var.Hazırda 8 ərazidə su elektrik stansiyasının, 3 ərazidə isə 110 kV-luq yarımstansiyanın tikintisi davam etdirilir və yekunlaşmaqdadır. “Bir zamanlar dağıntılara və xarabalıqlara çevrilmiş, bu gün isə gündən-günə abadlaşan Qarabağ və Şərqi Zəngəzur məhz yaradılan müasir enerji infrastrukturu sayəsində işığa qovuşur, dirçəlir və yenidən qurulur”, – deyə Baba Rzayev vurğulayıb.Çıxışda azad edilmiş ərazilərdə fəaliyyətə başlayan su elektrik stansiyalarında istehsal olunan yaşıl enerjinin göstəriciləri də diqqətə çatdırılıb. Bildirilib ki, indiyədək bu stansiyalarda 2 milyard kilovat-saata yaxın ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edilib. Bunun nəticəsində 400 milyon kubmetr təbii qaza qənaət olunub, 725 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.Tədbirdə çıxış edən digər natiqlər də Böyük Zəfərin tarixi əhəmiyyətindən, qazanılan Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı bərpa və quruculuq prosesindən bəhs ediblər. Vurğulanıb ki, bu proses Azərbaycanın iqtisadi və texnoloji imkanlarını, dövlətimizin qüdrətini, xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirir.Sonda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş “AzərEnerji” əməkdaşlarına hədiyyələr təqdim olunub.Zəfər ruhunu əks etdirən bayram konserti ilə tədbirə yekun vurulub.
Bu gün
257 xəbər bu gün
Çilinin mərkəzi hissəsində sərnişin avtobusu ilə özüboşaldan yük maşınının toqquşması nəticəsində azı 12 nəfər ölüb, daha 15 nəfər xəsarət alıb. Bu barədə bazar günü yerli mətbuat məlumat yayıb. Məlumata görə, paytaxt…
“Apple” 2027-ci ildə çıxacağı gözlənilən “iPhone Pro” modelləri üçün böyük dizayn dəyişikliyi hazırlayır. Y. Bu yenilikdən sonra “Action” düyməsi modellərdən çıxarıla bilər. 2027-ci ildə “iPhone” seriyasının 20 illiyi…
Fransanın müxtəlif şəhərlərində əhalinin alıcılıq qabiliyyətinin azalmasına və yaşayış xərclərinin artmasına etiraz olaraq təxminən 146 min nəfər nümayiş keçirib.
Bakı, 8 noyabr, AZƏRTAC Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm…
Cənubi Koreyanın maliyyə şirkəti “Mirae Asset Securities” bir sıra haker hücumlarından sonra təxminən 39 min nəfərin şəxsi məlumatlarının sızdığını açıqlayıb. Hücumçular şirkətin iki…
Böyük Britaniya Yer səthinin müşahidəsi üçün nəzərdə tutulan ikinci hərbi peyki - "Titania"nı orbitə buraxıb.
Hörmüz boğazında iki neft tankeri minaya düşərək yanmağa başlayıb
Polşada Krakov şəhərinin mərkəzi meydanında baş verən atışma ilə əlaqədar noyabrın 8-i və 9-u ümummilli matəm günləri elan edilib. Bu barədə Polşa Prezident Administrasiyası “X” sosial…
Çində keçirilən dəfn mərasimlərinin birində dronlar fəal iştirak edib.
Evdə dadlı, şirəli və xırtıldayan kələm turşusu hazırlamaq üçün cəmi üç ərzaq kifayətdir: 2,5 kiloqram ağbaş kələm, 1 ədəd kök və 50 qram daş duz. Əsas qayda hər 1 kiloqram kələm üçün 20 qram duz istifadə etməkdir…
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində avtomobil səkiyə çıxaraq səkkiz piyadanı vurub. Bu barədə "Fox" telekanalının yerli bölməsi şəhərin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb. Hadisə…
Bakı, 8 noyabr, AZƏRTAC 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və döyüş əzmi Zəfər tariximizin ən şanlı səhifələrindəndir. Bu müharibədə torpaqlarımızın azadlığı uğrunda…
Türkiyədə universitetlərdə dördillik bakalavr təhsilinin üç ilə endirilməsi istiqamətində iş aparılır. Türkiyə mətbuatına istinadla, bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar açıqlayıb. O bildirib ki…
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini…
Bakı, 8 noyabr, AZƏRTAC Vətənə xidmət yalnız döyüş meydanında silahla mübarizə aparmaq deyil, həm də milli mədəniyyəti, tarixi və mənəvi dəyərləri yaşatmaqdır. Vətən müharibəsində Füzuli, Xocavənd və Şuşa…
Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "İl-76MD" təyyarəsi ölkənin dəniz səviyyəsindən 13 629 fut (təxminən 4 154 metr) yüksəklikdə yerləşən Nyoma şəhərində eniş edib.
Bakı. Trend: “McLaren” komandasının britaniyalı pilotu Lando Norris 2026-cı il Formula 1 Dünya Çempionatının 20-ci mərhələsi olan Braziliya Qran-Prisinin sıralanma turunda birinci yeri tutub. Yarış…
Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın iqamətgahı yaxınlığında hökumət əleyhinə etirazçılarla polis arasında toqquşma baş verib
Paraqvayın sabiq prezidenti Santyaqo Penya “Ueno bankın” iflası ilə bağlı iş üzrə müvəqqəti həbs edilib
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman körfəzində quru yük gəmisi ilə hərbi qüvvələrin iştirakı ilə baş verən insident barədə məlumat alıb. UKMTO-ya istinadən, hadisə Birləşmiş Ərəb…
Bakı, 8 noyabr, AZƏRTACİslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında iki tankerin mina üzərində partlaması barədə məlumat yayıb.AZƏRTAC xəbər verir ki, İİKK-nın mətbuat xidmətinin bildirdiyinə görə, gəmilər…
Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın iqamətgahı yaxınlığında hökumət əleyhinə etirazçılarla polis arasında toqquşma baş verib. Baş nazirin istefasını tələb edən…
İngiltərənin “Mançester Yunayted” klubu Premyer Liqanın turnir cədvəlində aşağı liqaya düşmə zonasına yuvarlanıb. Buna 10-cu turda “Nottingem Forest”in doğma meydanda “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub etməsi səbəb…
Врач-терапевт Надежда Чернышова в эксклюзивном интервью aif.ru рассказала о том, кто находится в группе риска по сахарному диабету, и как можно повлиять на снижение вероятности развития заболевания, передает Day.Az.
Mütəxəssislər bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibinə görə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirirlər. Xüsusilə yağlı bifteklər (antrikot və ribeye), quzu əti, donuz qabırğası və…
Polşa Ukraynadakı münaqişə başa çatdıqdan və Rusiya siyasətini dəyişdikdən sonra Moskva ilə münasibətləri bərpa edə bilər.
Noyabrın 8-nə keçən gecə Yaponiyanın qərbində, Sidzzuoka prefekturası yaxınlığında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə…
Berlin, 8 noyabr, AZƏRTACBerlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin keçirilməsi çox vacib və uzun müddətdir arzuladığımız bir tədbirdir. Bu konfransa Azərbaycandan gəlmiş 50-yə yaxın həkim qatılıb. Konfransda müasir…
ABŞ Prezidenti Donald Tramp UFC təşkilatının rəhbəri Dana Uaytı Ağ Evin mətbuat katibi, MMA döyüşçüləri İslam Maxaçev və Həbib Nurməhəmmədovu isə mətbuat katibinin köməkçiləri təyin etməyi təklif edib.
İspaniyanın "Real Madrid" futbol klubu 2022-ci ildən bəri ilk dəfə bütün turnirlərdə ardıcıl səkkizinci qələbəsini qazanıb. Sonuncu qələbəsini portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərlik etdiyi komanda "La…
Berlin, 8 noyabr, AZƏRTACBerlində Azərbaycan-Alman Tibb Günləri konfransının keçirilməsi əlamətdar hadisədir. Əlbəttə ki, bu konfrans Almaniyada təhsil alan, həkimlik fəaliyyəti göstərən və burada çalışan tibb…
Niderlandın "Transavia" aviaşirkəti Portuqaliyanın Funşal şəhərinə uçan təyyarələrindəki 7C sərnişin oturacağını dövriyyədən çıxarmaq qərarına gəlib. Şirkət bu addımı ilə portuqaliyalı futbolçu Kriştianu Ronaldunun…