Bakı, 6 noyabr, AZƏRTAC Son illər diplomatik xidmət sahəsində mühüm islahatlar həyata keçirilir. 2024-cü ildə qəbul edilmiş “Diplomatik xidmət haqqında” Qanun diplomatların peşəkar inkişafının, sosial müdafiəsinin və maddi təminatının daha da gücləndirilməsinə xidmət edir.AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.O qeyd edib ki, 2025-ci ildə diplomatik xidmət əməkdaşlarının əməkhaqlarının artırılması dövlətin diplomatiyaya verdiyi yüksək qiymətin bariz ifadəsidir. Bu tendensiya 2026-cı ildə də davam edir və 2027-ci il üçün hazırlanmış layihədə də öz əksini tapır. Fotoqraf - Aydın Məmmədov