“Rusiya Prezidenti Vladimir Putin qatildir, Haaqada mühakimə olunmalıdır”.
Bunu Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Mari-Aqnes Strak-Zimmerman deyib.
“Bu, vacibdir, çünki Ukraynada baş verənləri kiçiltmək istəmirəm. Ukrayna qurbandır. Putin qətllərə, adam oğurluqlarına, yanğınlara görə məsuliyyət daşıyır. Buna görə də o, qatildir, Haaqada mühakimə olunmalıdır”, - Strak-Zimmerman Ukrayna mediasına müsahibəsində bildirib.