Möhtərəm cənab Prezident,

Zəfər Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xalqımızın uzun illər davam edən Qarabağ həsrətinə son qoyan bu Qələbə yalnız hərbi uğur deyil, həm də Sizin qətiyyətli mövqeyinizin, sərkərdəlik bacarığınızın, diplomatik məharətinizin, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, milli birliyimizin təcəssümüdür.

Azad edilmiş torpaqlarımızda yenidən həyatın canlanması, quruculuq və bərpa işlərinin geniş vüsət alması şanlı Zəfərin tarixi ədalətin bərpası və milli qürurun təntənəsi olduğunu nümayiş etdirir.

Uca Allahdan ölkəmizə daim sülh, əmin-amanlıq və firavanlıq nəsib etməsini, xalqımızın həmrəyliyinin daha da möhkəmlənməsini diləyirəm.

Hörmətlə,

Cavanşir Əlibəyli

İçərişəhər Cümə məscidinin imam müavini

Azərbaycan Respublikası, Bakı şəhəri.