Emin Mahmudov bu oyundan sonra milli karyerasını bitirəcək

Azərbaycan yığmasının kapitanı və yarımmüdafiəçisi Emin Mahmudov milli karyerasını başa vuracaq.

“Qafqazinfo” xəbər verir ki, o, noyabrın 17-si səfərdə Andorraya qarşı keçiriləcək görüşdə sonuncu dəfə yığma formasını geyinəcək.

Bu barədə Azərbaycan milli komandasının səhifəsi məlumat yayıb.

Qeyd edək ki, E.Mahmudov 16 qolla Azərbaycan yığmasının ən məhsuldar futbolçusudur. O, 65 dəfə millinin formasını geyinib.