Peşə təhsilinə qəbul olunanların 70 faizi regionların payına düşür

Peşə təhsilində qəbulun 70 faizi regionların payına düşür.

Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "PeşəFest-2026"nın bağlanış mərasimində çıxışında bildirib.

Onun sözlərinə görə, son beş ildə peşə təhsilinə maraq 70 faiz artıb.

"Bu il 28 min nəfər peşə təhsilinə cəlb edilib. Bu tədbirdə 200 minə yaxın Azərbaycan gəncinin iştirakı bizi sevindirir. Burada onlar real olaraq peşələr haqda məlumat ala bilirlər", - nazir müavini qeyd edib.

Fəridə, Bizim.Media