"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiya layihəsi ərsəyə gətirilir.

Filmin dördüncü hissəsindən sonra personajın hekayəsinin bitdiyi düşünülsə də, Kianu Rivz məşhur obrazına rəsmən geri qayıdacaq.

"Lionsgate" stüdyosu Con Uikin ilk illərindən və yüksəlişindən bəhs edəcək yeni animasiya filminin prodüser mərhələsinə keçildiyini elan edib.

Rivzin şəxsən səs verəcəyi layihədə rejissor kreslosuna "Ultraman: Rising" filmi ilə tanınan Şennon Tindl əyləşib.

Ssenari üzərində isə Rayan və Kaz Firpo cütlüyü çalışır.

Qeyd edək ki, studiya eyni zamanda əsas hekayəni davam etdirəcək 5-ci filmin və Donni Yenin başrolunda olduğu Keyn obrazına həsr edilmiş yan layihənin də hazırlıqlarını sürətləndirib.