Bakıda yeraltı qarajdan çıxan maşın 71 yaşlı qadını vuraraq öldürüb

Hadisə paytaxtın Yasamal rayonunda baş berib.

Belə ki, 1958-ci il təvəllüdlü Həsən Seyidbəyov idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Sadıqovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatınə xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.