Dövlət tərəfindən orqan köçürülməsi olunan xəstələr immunosupressiv dərmanla təmin edilirlər.
Bu barədə cümə günü Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Ürək Transplantasiyası Həftəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil edilən seminarda Trend-in sualına cavab olaraq deyib.
O qeyd edib ki immunosupressiv dərmanlar bahadır, onlar hamısı dövlət tərəfindən verilir.
“Mərkəzin açılışından sonra bütün respublika üzrə təxminən 1200-ə yaxın transplantasiya əməliyyatı həyata keçirilib.
Bütün xəstələr vahid rəqəmsal sistemdə qeydiyyatdadır. Xəstələr birinci gün, birinci, üçüncü, altıncı aylarda və ildə bir dəfə həkimə müraciət edərək tam müayinədən keçirlər və nəticələr rəqəmsal sistemə daxil edilir. Xəstələr dünyasını dəyişənə qədər mütəmadi olaraq izlənilir. Xəstələrin həyatı üçün vacib olan bahalı immunosupressiv dərmanlar dövlət tərəfindən ömürlük təmin edilir”, deyə o bildirin.
Xatırladaq ki, Azərbaycanda 2025-ci ilin fevral ayından bu günə qədər 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib. Həmim xəstələrdən 85 orqan köçürülüb.
Ümumilikdə isə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü diaqnozu qoyulub.
Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfə beyin ölümü təstiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina edib