"Ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə gəlirlərin vergiyə cəlb edilməsində 5 il müddətinə alternativ olaraq 8% dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnun verilməsi təklif olunur".
Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu, sahibkarlıq subyektləri ilə aparılan müzakirələrin nəticəsi olaraq irəli sürülüb.
"Kapital bazarlarının inkişafının dəstəklənməsi cari ildə də vergi siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Bu istiqamətdə səhm və istiqraz bazarlarının inkişafını stimullaşdıran vergi təşviqlərinin tətbiqi siyasəti davam etdirilcək",-deyə o vurğulayıb.
Günay Şahmar, Bizim.Media