Bu gün qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür.

Noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Qeyd edək ki, noyabrın 8-i bazar gününə təsadüf etdiyi üçün noyabrın 10-u qeyri-iş günü hesab olunacaq.

Beləcə, beşgünlük iş həftəsində çalışanlar üçün şənbə günü də daxil olmaqla 7-10 noyabr tarixləri qeyri-iş günü olacaq.