Zəngilan şəhərində “İşğal və Zəfər” Muzeyləri Kompleksinin tikintisi ilə bağlı tender elan edilib.
“Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tenderin ehtimal olunan qiyməti 5 mln 712.212 manat təşkil edir.
Müsabiqə 19 iyun 2026-cı il tarixində elan olunub, təkliflərin qəbulu isə iyulun 28-də başa çatıb.
Dövlət satınalmasında Real İnşaat MMC qalib gəlmişdir.
Qeyd edək ki, Real İnşaat MMC Füzuli Memorial Kompleksinin tikintisi ilə bağlı da tender də qalib gəlmişdir.
Beləliklə, Füzuli və Zəngilandakı hər iki layihənin ümumi ehtimal olunan dəyəri 23,2 mln manat təşkil edir.