Braziliyalı hücumçu Neymar Kriştiano Ronaldonun Portuqaliya millisindəki karyerasını bitirmək qərarına münasibət bildirib.
Ulduz futbolçu bu gün, 5 noyabrda, sosial mediada beş dəqiqəlik video paylaşaraq qərarını rəsmi olaraq elan edib.
Neymar bu paylaşıma bir sözlə rekasiya verib:
“Əfsanə.
Ronaldo 2003-cü ilin yayından Portuqaliya millisində oynayır. Hücumçu ümumilikdə 234 oyun keçirib və 146 qol vurub. Kriştiano milli komanda ilə 2016-cı ildə Avropa Çempionatını və iki dəfə Millətlər Liqasını qazanıb.