“Air Lingus” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhlükəsi ilə bağlı məlumatdan sonra Avropada təcili eniş edib.
Bu barədə “The Guardian” məlumat yayıb.
Dublindən Romaya uçan təyyarə Fransanın Evr şəhərində yerləşən hərbi aviabazaya enməyə məcbur olub. Buna səbəb göyərtədə partlayış təhlükəsi ilə bağlı daxil olan məlumat olub.
Qeyd edək ki, bundan əvvəl Avropada bir sutka ərzində daha yeddi sərnişin təyyarəsi bomba təhlükəsi ilə üzləşib. Həmin təyyarələr Polşa, İtaliya, İspaniya və Bolqarıstanda məcburi eniş etməli olublar.