Pavel Durov yeni sevgilisi ilə görüntüləndi

“Telegram” messencerinin qurucusu Pavel Durov Dubayda keçirilən "Halloween" şənliyinə yeni sevgilisi ilə qatılıb.

Bu barədə Dubaydakı elit çimərlik kompleksinin “Instagram” hesabında paylaşım edilib.

41 yaşlı milyarder tədbirə qladiator obrazında, dəri zirehdə gəlib. Onu çimərlik geyimində, eynək və baş örtüyündə olan qadın müşayiət edib.

Məlumata görə, Aleksa adlı qadın Almaniyada fəaliyyət göstərən və yüksək səviyyəli sosial tədbirlərin təşkilini həyata keçirən agentlikdə çalışır.

Qeyd edək ki, sentyabr ayında Durovun sevgilisi Yuliya Vavilova ilə ayrıldığı iddia edilmişdi. Buna səbəb blogerin sosial şəbəkədə başqa bir kişi ilə fotosunu paylaşması olmuşdu.