Azərbaycanda benzin və dizellə bağlı yeni qayda

Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi təklif olunur.

Qeyd edilib ki, ölkə ərazisində istehsal edilən və ya ölkəyə idxal olunan kimyəvi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, onların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, həmçinin kimyəvi nişanlamanın tətbiqi, satışı və uçotunun aparılması qaydalarının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Sözügedən qaydalara görə Aİ-92 markalı benzin və dizel yanacağı növlərinin kimyəvi nişanlanması təklif edilir.