Bakı, 5 noyabr, AZƏRTAC 2027-ci ildə də dövlət və icmal büdcələr sosialyönümlülüyünü saxlayacaq. Belə ki, 2027-ci ilin dövlət büdcəsində sosial xərclər 222,7 milyon manat və ya 1,7 faiz çox olmaqla 13 milyard manat, sosialyönümlü xərclərin isə 1,6 milyard manat və ya 9,2 faiz çox olmaqla 18,7 milyard manat nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.Onun sözlərinə görə, sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin 44,2 faizə yüksələcəyi, ÜDM-də payının isə 13,3 faiz olması gözlənilir (cari il 12,4 faiz)."2027-ci ilin dövlət büdcəsində sosial xərclərin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 914 milyon manat həcmində olması proqnozlaşdırılır", - deyə Anar Əliyev bildirib. Fotoqraf - Aydın Məmmədov